Seçicilərə səsvermə vəsiqəsinin verilməsi başa çatır

09:21 11.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyaları tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi sabah başa çatır.

 

Hafta.az-ın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları Səsvermə gününə 45-25 gün qalanadək seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.

 

Seçicilərə məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesi isə səsvermə gününə 24-3 gün qalanadək təmin edilməlidir. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 14-dən fevralın 4-dək olan dövrü əhatə edir.

Siyasət rubrikasından digər xəbərlər